Ukraynada müharibənin dayandırılması və sülh sazişinin imzalanması adı altında keçirilən Alyaska görüşü dünya siyasətinin ən maraqla izlənən hadisəsi olsa da diplomatik reallıq baxımından əslində çox problemli bir formatdır. Çünki müharibənin birbaşa tərəfi Ukraynadır və sülh danışıqlarında iştirak etməməsi, hüquqi və siyasi baxımdan, razılaşmanın legitimliyini ciddi şəkildə sual altına qoyur. Hətta tarixə də nəzər salsaq oxşar hallar olsa da (məsələn, böyük güclər münaqişə tərəflərindən birini masadan kənar saxlayıb anlaşma bağlayıblar) bu tip razılaşmalar uzu nömürlü olmur və nəticəsiz qalır.
Bu görüşdə də qısa müddətdə bəzi “atəşkəs” tipli razılaşmalar mümkündür, amma Ukrayna imzalamadığı müddətcə real və davamlı sülh ehtimalı çox zəifdir. Ən yaxşı halda, bu format müvəqqəti gərginlik azaldıcı tədbir ola bilər, amma müharibəni həll etməz.
Putin üçün bu format çox sərfəlidir, çünki o, danışıqları öz şərtlərinə yönəltmək və Ukraynanın müqavimətini zəiflədə bilər. Putinin əsas istəyi Zelenski üzərində dünyanın super gücü üzərindən psixoloji təzyiqin davam etdirilməsidir. Çünki bu məsələdə Putin hər zaman Zelenskiyə uduzub.
Trump üçün isə bu, “tez nəticə əldə etdim” imici yarada bilər, çünki hakimiyyətə gəlmədən verdiyi mesajlardan biri "Ukrayna krizini" bitirəcəm idi. Trampın bir barış elçisi kimi Nobel Sülh mükafatına gedən yolunu bu görüşlə daha da gücləndirə bilmə ehtimalı yarana bilər amma ABŞ daxilində və müttəfiqlər arasında etimad böhranına səbəb ola bilər.
Tramp üçün bu görüşdə sülh və razılaşma olmazsa əldə etmək istədiyi digər bir məsələ çözə bilmədiyi bir Ukrayn Krizində Avropanın daha yaxından iştirakını təmin etməkdir. Çünki Çinlə iqtisadi münasibətləri inkişaf etdirən Avropanın resurslarını tükətmək, Amerika ilə razılaşmayan Rusiyanı isə Avropanın əli çökdürmək tam bir amerikan politikasıdır.
Qısacası Rus Amerikasında ( Rus Amerikası 1799-cu ildə ABŞ-nin Alyaska ştatının ərazisində yaradılan və Rusiya imperiyası tərəfindən 1867-ci ilə qədər idarə olunan tarixi dövlət.) davamlı sülh üçün real və sağlam yol mümkün deyil. Bu, daha çox siyasi şou və böyük güclərin öz aralarında “çərçivə yaratma” cəhdidir.
Və bu savaşın əsas mahiyyətini unutmaq lazım deyil. SSRİ-nin qurucusu olan üç slavyan xalqından birinin DEMOKRATİYAYA doğru yol alması Putin Rusiyasının SSRİ-ni bərpa etmə arzusunu birdəfəlik dəfn etmək idi. Bu gün Lavrovun geyindiyi forma ilə vermək istədiyi mesaj bax bu travmadan dolayıdır.
Ukrayna xalqının Zelenskinin liderliyində Avropaya doğru götürdüyü siyasi kurs o qədər dəqiq və prinsipial oldu ki, Rusiyanın işğalçı təcavüzü belə, ukraynalıları Qərbə və dolayısı ilə demokratiyaya tərəf üz tutduğu yoldan bir an belə, vaz keçirmədi.
P.S. Bu arada Almaniyanın Kansleri Mertsin məhşur açıqlamsını yenidən paylaşmağın yeri var:
“Mənim əsas hədəfim, Avropanı elə gücləndirmək ki, ABŞ-dan asılı olmasın."
Yorumlar
Kalan Karakter: