Türk dünyasında demokratiya problemləri, azad seçki, insan haqları, söz azadlığı, korrupsiya və rüşvət məsələləri bizim ən ciddi problemlərimizdəndir və bunu kimsə inkar etmir.
Amma bu məsələləri qabardıb Türk dünyasına nifrət qusmaq etnik münasibət göstəricisidir və düşmənçilikdir.
Etnik mahiyyətli siyasətçilərin demokratiya, insan haqları, beynəlxalq hüquq, hümanizm kimi danışıqlarına inanmayın. Onların bu dəyərlərlə heç bir əlaqəsi yoxdur. Sadəcə bu dəyərlər üzərindən sizə hücum edirlər.
Turan etniküstü hərbi, siyasi, iqtisadi dövlətlər birliyidir. Turanın qurulmasını da labüd edən zamandır. Kapitalizmin labüd etdiyi "Biz birlikdə güclüyük" praktik ideyasından doğan vacib nəticədir, GÜCDÜR!
Unutmamaq lazımdır ki, həm də, bu gücün təsiri ilə biz Qarabağ savaşından qalib çıxdıq. Bu gücün dəstəyi bu gün işğaldan azad olunmuş torpaqlara yenidən həyat verilməsində istifadə olunur və s.
Ora daxil olan dövlətlərin demokratikləşmə prosesi həmin ölkələrin daxili işidir.
Bu səbəbdən də həmin dövlətlərin vətəndaşları öz ölkələrində demokratik sistem qurmaq niyyətindədirlərsə, bunun Turana nə dəxli?
Məsələləri qarışdırmayın.
Yorumlar
Kalan Karakter: