Yanlış və Təhlükəli Müzakirələrə Sözardı...
Yayınlanma :
20.05.2025 11:16
Güncelleme
: 20.05.2025 11:16
Halbuki bu sualların cavabı bugünkü reallıqla qiymətləndirilməməlidir. Ancaq bu tarixi olaylara münasibətin Türkiyə prezidenti Erdoğanın bir çıxışındakı ifadəyə görə gündəmə daşınmasıda qayət təbii bir prosesdir.
O dövrdə bu torpaqlarda imperiya quran və savaş aparan bütün sülalələr türk idi və əsas məsələ milli dövlət deyildi. Məsələ, hansı sülalənin dünya imperiyasına (o dövrdə bu, yalnız türklərin sahib ola biləcəyi bir üstünlük idi) rəhbərlik edəcəyi idi. Kimin Xaqanlığı daha çox hökm edəcəkdi savaşı aparılırdı.
O üzdən bugünkü milli dövlət anlayışı ilə orta yüzilliklərə dair tarixi hadisələrə qiymət vermək kökündən yanlış yanaşmadır.
Bu gün Səfəvi–Osmanlı müharibəsinə tarixi hadisə kimi həm Türkiyə, həm də Azərbaycan tərəfindən subyektiv baxışların mövcud olması təbiidir. Çünki hər iki ölkənin tarixçiləri illərdir bu məsələyə fərqli baxış bucağından yanaşmışlar. Buna görə də bu gün istər siyasətçilərin, istərsə də sadə vətəndaşların dərsliklərdə oxuduqları kimi fikir formalaşdırıb ifadə etmələri başadüşüləndir.
Yaxşı, bəs biz nə etməliyik?
Türk dövlətlərinin birliyi yolunda yalnız ortaq əlifba və ortaq türk dili məsələlərini gündəmə gətirməklə işi bitmiş saymaq olarmı?
Bəs tarixi hadisələrin ümumi baxış bucağından araşdırılması necə?
Məncə, məsələnin kökündə təhsil və elm dayanır. Türk dünyasından olan tarixçilər ortaq Türk Tarixi araşdırmaları aparmalı və nəticələr dərsliklərə salınmalıdır. Doğru bir Türk Tarixi yazılsa, bundan sonra bu kimi problemlər tədricən aradan qalxacaq. Hər iki ölkənin tarixçiləri və tarix müəllimləri bu məsələni birgə müzakirə edib ortaq fikir formalaşdıraraq onu dərsliklərə salınmasına nail olmalıdırlar. İslam dinindən qaynaqlanan məzhəb anlayışlarının türk millətini yüz illərdir parçalamağının nəhayət elm və təhsillə qarşısı alınmalıdır.
Lakin gözdən pərdə salmaq üçün deyil, qrant yemək üçün deyil, yarımçıq işlə deyil — gerçək bir tarixin yazılması lazımdır. Atatürkün tarix haqqındakı bu məşhur fikrində olduğu kimi tarix yazılmalıdır:
“Tarih yazmak, tarih yapmak kadar mühimdir. Yazan yapana sadık kalmazsa, değişmeyen hakikat insanlığı şaşırtacak bir hâl alır.”
Beynəlxalq Türk Akademiyasının hazırladığı, müəlliflərindən biri qazax, digəri özbək türkü olan alimlər — Darxan Kıdırəli və Qaybulla Babayarın hazırladığı 8-ci siniflər üçün tarix dərsliyinə baxdım və heç razı qalmadım. Tək bir faktı yazacam: Türk tarixi Ağqoyunluda bitir. Yəni biz artıq Ortaq Türk Tarixində Çaldıran döyüşü haqqında heç nə oxuya bilmirik. Bax, belə bir durumda aparılan bütün mübahisələr günümüzün mühüm siyasi birliyi olan Türk Ailəsinə çox ciddi zərərlər verməkdədir. Və bundan ən çox İranın və Rusiyanın təsirində olan beyin mərkəzləri istifadə edir, bol-bol tezislər yaradırlar.
Bizim isə bütün bu zərərli tezislərə cavabımız Əli bəy Hüseynzadənin yazdığı o nəhəng fikir olmalıdır:
Əcdadımızın müştərəkən mənşəyi Turan.
Bir dindəyiz biz, həpimiz haqpərəstan;
Mümkünmü ayırsın bizi İncil ilə Quran?
Hədəfimiz həp Turan Turan Turan!
Qısacası, Səfəvi–Osmanlı qarşıdurmasından günümüzdə tərəf kimi danışan, siyasi statusundan asılı olmayaraq hər kəs Türk Ailəsi Modelinə zərbə vurmaqdadır.
Bizim bu gün danışacağımız tarix Qarabağ Zəfəri, Kuzey Kıbrıs gerçəkliyi olmalıdır!
Birliyimizi göstərən tarixləri gündəmə daşımalıyıq, bizi bir-birimizlə üz-üzə qoyan tarixi mövzulardan yayının. Biz Türk Xanədanlıqlarının nüfuz savaşlarının günümüzdəki zərərli təbliğatçıları olmamalıyıq.
Özünü aydın sayan insanlar bu mövzuya qucaq açmamalıdırlar. Yeri gəlmişkən bu məsələlərin böyük anlamda təhlükəli tərəfi odur ki, Türkçülüyün tarixini bilməyən bir sıra "türkçülər" bu gün iş başındadırlar. "Türk birliyi" və "İslam birliyi" anlayışlarını qarışdıraraq çaşdırıcı və elmi əsası olmayan fikirlərlə insanların ağlını qarışdırılar.
"Türk-islam sintezi"- dən danışanlar isə birmənalı şəkildə Türklük siyasətindən xəbərsiz yeni ümmətçilərdir.
İsmayıl bəy Qaspıralıdan sonra Türk tarixinin ən böyük düşüncə və əməl böyüklərindən olan Yusuf Akçuranın "Üç Tarz-ı Siyasət" məqaləsini oxumamaq millətçi şəxslər üçün bir siyasi savad baxımından əksikliksə, oxuyub "Türk-islam sintezindən" danışmaq isə cahillikdən başqa bir şey deyil.
Türkiyə türklərinin də, Azərbaycan türklərinin də bu gün ən böyük ehtiyacı oxumaqdır. Yusuf Akçuranı, Əli bəy Hüseyinzadəni oxuyun və anlayın ki, qurtuluş yolumuzun fikir tartışmaları hansı istiqamətdə aparılmalıdır.
Türklüyün mənfəəti əsas götürülməlidir ki, hər hansı bir siyasətçinin tarix haqqındakı manipulyativ çıxışlarına bu cür reaksiyalar verməyəsiniz.
Anar Esedli
Yorum Yazma Kuralları
Lütfen yorum yaparken veya bir yorumu yanıtlarken aşağıda yer alan yorum yazma kurallarına dikkat ediniz.
Türkiye Cumhuriyeti yasalarına aykırı, suç veya suçluyu övme amaçlı yorumlar yapmayınız.
Küfür, argo, hakaret içerikli, nefret uyandıracak veya nefreti körükleyecek yorumlar yapmayınız.
Irkçı, cinsiyetçi, kişilik haklarını zedeleyen, taciz amaçlı veya saldırgan ifadeler kullanmayınız.
Türkçe imla kurallarına ve noktalama işaretlerine uygun cümleler kurmaya özen gösteriniz.
Yorumunuzu tamamı büyük harflerden oluşacak şekilde yazmayınız.
Gizli veya açık biçimde reklam, tanıtım amaçlı yorumlar yapmayınız.
Kendinizin veya bir başkasının kişisel bilgilerini paylaşmayınız.
Yorumlarınızın hukuki sorumluluğunu üstlendiğinizi, talep edilmesi halinde bilgilerinizin yetkili makamlarla paylaşılacağını unutmayınız.
Yorumlar
Kalan Karakter: