İRAN-İSRAİL SAVAŞI İLƏ BAĞLI
Güney Azərbaycan Demokratik Türk Birliyi,nin (GADTB),
Güney Azərbaycan Qurtuluş Partiyası,nın (GAQP) Ortaq Bildirişi
Sevimli Azərbaycan Türk Milləti!
İran-İsrail müharibəsi, faşist Fars-Şuubi rejiminin açıq-aşkar siyasətləri ilə son günlər
gündəmdə olan və getdikcə regional bir böhran halını alır. Bu müharibənin sonu necə
olursa olsun—artıq Avropa və Amerikaya da sirayət edən bu qarşıdurma—
bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir. Bu gərginliyin fonunda Təbrizin və
Azərbaycanın ətraf bölgələrin rejimin ölümcül hədəfləri arasında olduğu açıq-aşkar
görünür.
40 milyonluq Türk millətinin yaşadığı Güney Azərbaycan bir atəş halqasına çəkilir.
Lakin sülhsevər, müasir və humanist dəyərləri ilə dünyada tanınan Azərbaycan Türk
Milləti fars rejiminin çirkin oyunları ilə heç bir şəkildə əlaqəli deyil. Dünyada ölüm,
yoxsulluq və geriliklə sinonimləşmiş Fars-şuubi rejiminin Azərbaycanda və İranda
yaşayan Türklərə qarşı tarixi düşmənçiliyi insanlıqla anti humanizm, müasirliklə gerilik
arasında bitməyən bir qarşı durmadır.
Bu rejimin 45 ildir təkrar etdiyi “İsraili yer üzündən siləcəyik!” şüarı, artıq onun özünün
silinməsinə yol açır. Amma bu ideoloji düşmənçiliyində rejim işğal altında olan Güney
Azərbaycanı da bu savaşa sürükləyir və Azərbaycan Türklərini istəmədikləri bir
qarşıdurmaya məcbur edir.
Güney Azərbaycanın iki əsas milli siyasi təşkilatı olaraq, biz Türk Millətinə və İsrail
Dövlətinə çağırış edirik: Tehran terror rejiminin tələsinə düşməyin! “Güney
Azərbaycan İran deyil!” şüarlarının Təbriz meydanlarında yüksəldiyi bu zamanda
Azərbaycan bölgələrinin vurulması təkcə işğal altındakı Güneyi deyil, İsrailin strateji
tərəfdaşı olan Quzey Azərbaycan Respublikasını da narahat edir.
Əziz Türk Milləti və digər qeyri-fars azadlıq sevər xalqlar!
1. Rejimin yaydığı duyğusal təbliğata inanmayın. Ən etibarlı yol, milli fəalların yaydığı
canlı videolardan faydalanmaqdır.
2. Şah tərəfdarı, mücahid və panirançı-boz media rejim qədər Türk və Azərbaycan
düşmənidir. Ehtiyatlı olun!
3. Rejim Azərbaycanı və qeyri-fars bölgələri bir daha İraq-İran müharibəsindəki kimi
“qalxan” olaraq istifadə etməyəçalışacaq.
4. Faqih rejiminin xilas ümidini pozmaq üçün daxili qiyamlar qaçılmazdır. Qeyri-fars
xalqlar üçün bu, son qurtuluş fürsətidir.
5. Qıtlıq yaxınlaşır. Qalan ehtiyatlar fars bölgələrinə daşınacaq. Qeyri-fars xalqlar
ayıq-sayıq olmalıdır.
6. Güney Azərbaycan Milli Hərəkatı, Türk millətini meydanlara çıxarmalı, bölgədən
bölgəyə azadlıq və müqavimət dəstələri göndərməlidir.
7. İsrail bizim dostumuz olmasa da, Fars faşizminin çöküşü üçün tarixi fürsətdir. Bu
fürsəti qaçırmaq böyük bədbəxtlik olar. Mülki ərazilərə hücum qəbuledilməzdir, amma
rejimin hərbi damarlarının vurulması başa düşüləndir.
8. Rejimin yerinə şahçı, mücahid və panirançı qüvvələrin gəlməsi fəlakət olar.
Qurtuluşun yolu milli birlik və Güney Azərbaycan Milli Hərəkatına bağlı təşkilatların
birliyindən keçir.
Əziz millətimiz!
GADTB və GAQP bildirir ki, Güney Azərbaycanın milli qurtuluşu yalnız Azərbaycan
Türk Millətinin əlindədir. İndi ayağa qalxmağın, meydanlara çıxmağın və bu
müharibənin Güney Azərbaycanın müstəqilliyinə, bütöv Azərbaycanın yolunun
açılmasına və “İran” adlanan rejimin sonuna çevrilməsinin zamanidir.
Yaşasın Güney Azərbaycan Türk Cümhuriyyəti!
Yaşasın (Quzey) Azərbaycan Respublikası!
Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP),
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
15-06-2025
Yorumlar
Kalan Karakter: