30 Mayıs 2025 - Cuma
Mehemmed Emin Resulzade Azerbaycanın Atatürküdü
Yazar - Anar Esedli
Okuma Süresi: 50 sn.
Anar Esedli
iletisim@ulkepostasi.com -İrəvanın verilməsində Rəsulzadəni ittiham edən və Azərbaycan parlamentini bu məsələyə qiymət verməyə çağıran gənc deputat, öncə bu üçrəngli bayrağın dalğalandığı parlamentdə həmin bayrağı aşağı endirib bolşevik Rusiyasının ayaqları altına atan Nərimanova siyasi qiymət verməyə cəsarət tapsın, sonra digər məsələlərə cəhd etsin.
Tarixi torpaqlarımıza bu qədər bağlıdırsa, Rusiyanın tabeliyində olan Dərbənddən, Mahaçqaladan da danışsın. Bunlar, həqiqətən, siyasi kordular. Sovet Rusiyasının o boyda imperiya gücü ilə könüllərdən silə bilmədiyi Rəsulzadəni, bunlar boş-boş danışıqları iləmi gözdən salacaqlar?
Mən o parlamentdə olardım, sən bu sözləri deyə bilərdində...
Yorumlar (0)
Tüm Yazıları