31 Ağustos 2025 - Pazar

Emel, Nihat, Cihat! Üç Kardeşi Bir Nefeste Öldürdüler

Yazar - Anar Esedli
Okuma Süresi: 4 dk.
Anar Esedli

Anar Esedli

iletisim@ulkepostasi.com -
Google News

Emel, Nihat, Cihat,

Üç kardeşi bir nefeste öldürdüler,

Emelcik, on dördüne yeni giriyordu,

Bir-birinə sarılarak can verdi,

Nice yavrular...

Sokaklar kan kusuyor,

Analar bağrına taş basıyordu,

Nurdan birer ampul gibi sallanıyordu,

Elektrik direklerinde çılpak cesetler..

 

Dünyada Türklərə qarşı həyata keçirilən daha bir qətliam - İraq-Ərbil soyqırımından 29 il ötür.

 

1996-cı il avqustun 31-də  Səddam Hüseynin tabeliyindəki ordu birləşmələri Məsud Bərzaninin rəhbərliyindəki silahlı qruplarla birlikdə Ərbil şəhərinə hücum edərək, türklərin evlərinə basqın edib.

 

Onlarla günahsız, mülki Ərbil türkü evlərindən zorla çıxarılaraq, naməlum istiqamətə aparılıb, evləri qarət olunub, yandırılıb, etiraz edənlərin bir qismi elə oradaca qətlə yetirilib.

 

Səddam və Bərzaninin silahlı birləşmələri şəhərdə dövlət qurumlarına, siyasi partiya binalarına, müxtəlif təşkilatların ofislərinə də hücum edib, qadın, uşaq, yaşlı fərqi qoymadan çox sayda mülki şəxsi öldürüb.

 

İraqın müxtəlif bölgələrində türklərin siyasi, mədəni, sosial mövcudluğuna son qoyulması məqsədi ilə törədilən bu bəşəri cinayət zamanı 48 Ərbil türkü məhkəmə hökmü olmadan edam edilib.

 

Osmanlı İmperatorluğu  dönəmindən sonra Iraq Türkləri 1924, 1946, 1959, 1996 və 2003-cü illərdə  xüsusi amansızlıqla  soyqırım və qətliamlara məruz qalmışlardır.

 

Qədim Türk yurdu Ərbil şəhərində elə türklərə qarşı olan soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

 

 Bu soyqırımları yazıb, paylaşıb gənclərimizi bilgiləndirmək çox vacibdir. Gənclərimiz Türk millətinin tarixini oxumalı, araşdırmalı və gələcək münasibətlər sistemini qurarkən tarixi bilgiləri dəqiq bilməlidirlər. 

Digər bir tərəfdən isə ölümlərini vətən, millət uğruna seçən soydaşlarımızın vermək istədikləri mesajları gələcəyə daşımaqda bizim milli, insani və vicdani vəzifəmizdir.

 

Türk dünyası ölkələrinin isə azsaylı və dövləti olmayan Türk xalqlarına daha çox diqqət ayırmaları gərəkdiyini bu istiqamətdə fəaliyyətlərin və münasibətlərin daha da effektiv səviyyəyə gətirilməsi üçün lazımi addımlar atılmasını vacib hesab edirəm.

 

P.S. Türkiyəyə hər getdiyimdə İraq Türkman Cəbhəsinin Ankaradakı iqamətgahında Türkmən Liderlərlə hər zaman bu mövzuları danışıb müzakirələr aparmışıq.

Dəyərli Türkmən liderləri Turhan Ketene və Mehmet Tütünçü bəylər həmçinin ictimai xadim Şəmsəddin Kuzəçi ilə.

#
Yorumlar (0)
Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
Tüm Yazıları
ss