Gənclərimiz Qonşularımızı Yaxşı Tanımalı,Oxumalı Və Öyrənməlidirlər

Anar Esedli iletisim@ulkepostasi.com
ABONE OL

Biz tariximizi bilməsək, Rusiyanın etdiklərini doğru dürüst incələməsək, yeni demokratik dəyərlərə söykənən ölkə qurmaq istəyimiz gerçək və təməlli olmayacaqdır. Rusiya nəhəng qonşumuzdur, ona qarşı hər zaman ehtiyatlı və gözüaçıq siyasət yurutməmiz lazım, çünki gənclərimiz düzgün tarixi təhsil və siyasi tərbiyə almasalar ölkəni əmin əllərə necə təslim edək?

Bu gün bütün dünyanı nüvə silahı, kütləvi qırğınlarla hədələyən Rusiyanın rəsmi şəxslərinin riyakarlığı və şovinistliyi, əslində anlaşılandır, çünki Rusiyanın dövlətçilik anlayışının ana xəttində şovinizm, milli, irqi ayrıseçkilik, aqressiv xarakter dayanır.
Buyurun 81 il öncəni Sovet Rusiyasının törətdiyi soqırımlardan daha biri - Krım türklərinin Özbəkistana sürgün edilməsini araşdırın oxuyun.

1944-cü il mayın 18-də yüz minlərlə Krım türkü Stalinin tapşırığı ilə doğma torpaqlarından zorla çıxarılaraq, minlərlə kilometr uzaqda yerləşən Özbəkistana sürgün edilib.
Üç gün davam edən sürgün prosesində 200 mindən çox Krım türkü qadın, uşaq, yaşlı fərqi qoyulmadan heyvanların daşındığı qatarlara doldurularaq, uzaqlara göndərilib. Günlərlə davam edən məşəqqətli səfər zamanı 8 minədək günahsız insan yolda həlak olub. On minlərlə Krım türkü məcburən köçürüldüyü ərazinin şəraitinə dözməyərək, dünyasını dəyişib.

İşğal etdiyi bütün torpaqlarda yerli xalqları soyqırımına məruz qoyan Çar Rusiyası və onun xələfi SSRİ-nin bu siyasəti ,Türklərin doğma torpaqlarından məcburi köçürülməsi Türkiyənin Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi idi.

Stalin Krım türklərinin bütün izlərini aradan qaldırmağa çalışırdı. Hətta o, bu məqsədlə əhalinin növbəti siyahıyaalmalarında bu etnik qrupun adının çəkilməsini qadağan etmişdi. Nikita Xruşşov müxtəlif millətlərin deportasiyası da daxil olmaqla Stalinin apardığı siyasəti tənqid etsə də, Krım türklərinin geri qayıtmasına olan qadağanın ləğv olunmasına dair qərar qəbul etmədi.

1980-ci illərin sonlarınadək Mərkəzi Asiyada yaşamağa davam edən Krım türklərindən 260 min nəfəri 45 il sonra əvvəlki yurd-yuvasına geri qayıda bildi.
Krım Ali Şurası 14 noyabr 1989-cu ildə Stalinin hakimiyyəti illərində baş tutmuş deportasiyanı cinayət kimi qəbul etdi.

12 dekabr 2015-ci ildə isə Ukrayna Ali Radası bu hadisələri soyqırımı kimi tanıdı, 18 may Ukraynada Krım türklərinin soyqırımı günü kimi ölkə təqviminə salındı.
Sürgün zamanı həlak olmuş Krım türklərinin əziz xatirəsini ehtiramla yad edirəm!

Anar Esedli